Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bazar günü kompüter və telefonların saatları avtomatik geri çəkiləcək - DİQQƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazar günü  kompüter və telefonların saatları avtomatik geri çəkiləcək - DİQQƏT

 Bu həftənin bazar günü, oktyabrın 29-da dünyanın təxminən 70 ölkəsində yay vaxtından qış vaxtına keçid edilməsi üçün saatların əqrəbləri bir saat geri çəkiləcək.

 

Dünyanın 130-dək ölkəsində, o cümlədən Azərbaycanda saatların əqrəbləri geri çəkilməyəcək.


Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqınd” 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilib. Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən isə keçən il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Beləliklə, Azərbaycanda qış vaxtı qüvvədə qalıb. Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Bunu nəzərə alaraq, Nazirlər Kabineti müvafiq qərar qəbul edib.


Oktyabrın 29-da bir sıra telefon, o cümlədən smartfonlarda, habelə kompüterlər və digər İKT sistemlərində saatların avtomatik olaraq bir saat geri çəkiləcəyi istisna edilmir. Buna görə də həmin saatlarınızı divar saatlarına uyğunlaşdırmağı unutmayın!

 

© Report

27.10.2017 08:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ