Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Baş Prokurorluq narkotik satan aptek müəyyən etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baş Prokurorluq narkotik satan aptek müəyyən etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması barədə müraciətlər Bakı şəhər prokurorluğunda araşdırılıb.

 

Reklam_3_11

Baş Prokurorluqdan  erilən məlumata görə, lisenziya  almadan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 74 d ünvanında işlətdiyi “Bizim Aptek”in satıcısının həkim resepti olmadan “Tramadol 200 mq” adlı dərmanı kəsilmiş həblər formasında qanunsuz satması müəyyən edilib. 

 

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 240.2.2 (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən  maddələri qanunsuz satma) və 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə tapşırılıb.


 Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir. 

 

Paytaxt ərazisində güclü təsir edən maddələrin qanunsuz satışını həyata keçirən apteklər barədə müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yayılmış məlumatlar tam, hərtərəfli və obyektiv araşdırılmaqla həmin maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

27.10.2017 15:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ