Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bank BTB”-də 5 milyon manata yaxın zərər!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank BTB”-də 5 milyon manata yaxın zərər!

“Bank BTB” ASC 2017-ci ilin 9 ayını 162 min manat xalis mənfəətlə başa vurub. Lakin bu xalis mənfəət, bankın builki əməliyyat fəaliyyətinin nəticəsi deyil.

 

Reklam_3_11

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində cəmi gəlirlər 11 milyon 73 min manat, o cümlədən faiz gəlirləri 10 milyon 157 min manat, qeyri-faiz gəlirləri 916 min manat təşkil edib. 9 ayda Bankın cəmi xərcləri isə 15 milyon 806 min manat olub. Nəticədə Bank, 9 ayı 4 milyon 733 min manat zərər ilə başa vurub. Bank Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 4 milyon 895 min manatını azad edib. Nəticədə, əməliyyat zərəri bağlanıb və “Bank BTB” 9 ayı 162 min manat xalis mənfəətlə başa vurub.

 

“Bank BTB” ASC 2016-cı ilin 9 ayında 5 milyon 640 min manat cəmi gəlir əldə etmiş, 3 milyon 856 milyon manat xərc çəkmiş və 1 milyon 784 min manat əməliyyat mənfəəti əldə etmişdi. Lakin ehtiyatlara 3 milyon 747 min manat ayırdığı üçün, ötən ilin 9 ayını 1 milyon 963 min manat zərər ilə başa vurmuşdu.

 

Müqayisə olunan dövrdə, “Bank BTB”-nin müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 3 milyon 930 min manatdan 9 milyon 664 min manata qaxıb. Qeyri-faiz gəlirləri isə 1 milyon 664 min manatdan 916 min manata düşüb. Ötən ilin 9 ayı ilə müqayisədə bu il Bankın xərcləri (faizlər üzrə, inzibati və digər xərclər) kəskin artıb və faiz gəlirlərindəki artımı silib. Bank xərclərin artmasını şərh etməyib.

 

“Bank BTB” ASC 30 Sentyabr 2017-ci il tarixində 249 milyon 315 min manat cəmi aktivlərə, 210 milyon 364 min manat cəmi öhdəliklərə və 38 milyon 950 min manat cəmi balans kapitalına malik olub.

 

Bank ötən ilin sonunda 241 milyon 508 min manat cəmi aktivlərə, 202 milyon 886 min manat cəmi öhdəliklərə və 38 milyon 622 min manat cəmi balans kapitalına malik idi.

 

Bankın müştərilərə verdiyi kreditlər ötən ilin sonundakı 144 milyon manatdan 124 milyon 153 min manata düşüb.

 

Bankın “Kapital vəsaitləri” hesabatında da göstərilir ki, “Bank BTB” cari ilin 9 ayı ərzində 162 min manat mənfəət əldə edib. Əvvəlki illərdən 14 milyon 756,61 min manat zərər yığılıb. “Bank BTB” 14 milyon 451,7 milyon manat subordinasiya borc hesabına kapitalının minimum tələbdən aşağı düşməsinin qarşısını alıb. 30 Sentyabr 2017-ci il tarixində Bankın məcmu kapitalı 53 milyon 95 min manata bərabər olub.

 

“Bank BTB” Mərkəzi Banka 31 milyon 360 min manat, maliyyə institutlarına isə 76  milyon 325 min manat borcludur.

 

“Bank BTB”də müştərilərin 52 milyon 188 min manat müddətli əmanəti, maliyyə institutlarının isə 17 milyon manat depozitləri var. Buna qarşı, müxbir hesablarda 36 milyon 786 min manat yığılıb, nağd vəsaitlər isə 16 milyon manatdan çox olub. 

 

 

A. AKTİVLƏR

 

 

 

No.

Aktivlərin maddələri

Cəmi

1

Nağd vəsaitlər

16 052

2

Müxbir hesablar

36 786

3

Maliyyə institutlarına yerləşdirilmiş depozitlər

6 415

4

Qiymətli kağızlar

6 134

5

Maliyyə institutlarına verilmiş kreditlər

7 672

6

Müştərilərə verilmiş kreditlər

124 153

7

Əsas vəsaitlər və qeyri-maddi aktivlər

49 206

8

Digər aktivlər

2 897

9

Cəmi aktivlər

249 315

 

 

 

 

 B. ÖHDƏLİKLƏR                                                          

 

 

No.

Öhdəliklərin maddələri

Cəmi

1

Müştərilərin tələbli depozitləri

17 125

2

Müştərilərin müddətli depozitləri

52 188

3

Mərkəzi Bankın tələbləri

31 360

4

Banklararası bazarın qısamüddətli maliyyə alətləri

0

5

Digər maliyyə institutlarının depozitləri

17 089

6

Digər maliyyə institutlarının kreditləri

76 325

7

Bank tərəfindən buraxılmış qiymətli kağızlar

0

8

Digər öhdəliklər

16 278

9

Cəmi öhdəliklər

210 364

 

 

 

 

C. KAPİTAL                                                               

 

 

 

No.

Kapitalın maddələri

Cəmi

1

Xüsusi kapital

37 406

2

Ümumi ehtiyatlar

1 545

3

Cəmi kapital

38 950

4

Cəmi öhdəliklər və kapital

249 315

 

Mənfəət və zərər maddələri

2017-ci il 9 ay üzrə

1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

10 157

a) müştərilə kreditlər üzrə faizlər

9 664

c) maliyyə institutlarına kreditlər üzrə faizlər

373

k) digər faiz gəliri növləri

121

2. Faizlər və onlara bağlı xərclər, cəmi

7 008

a) müştərilərin depozitlər üzrə faizlər

2 754

b) AMB-nin kreditləri üzrə faizlər

792

c) digər faiz xərci növləri

3 463

3. Xalis faiz gəliri (zərəri) (sətir 1 çıx sətir 2)

3 149

4. Qeyri-faiz gəlirləri, cəmi

916

a) hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri

1 261

c) digər xidmət növlərindən komisyon gəliri

-345

5. Qeyri-faiz xərcləri, cəmi

8 798

a) göstərlimiş xidmətlər üzrə haqq və komissiya xərcləri

166

b) inzibati xərclər

8 632

6. Əməliyyat mənfəəti (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)

-4 733

7.Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi

-4 895

8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) (sətir 6 çıx sətir 7)

162

9.Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xırc), cəmi

0

10. Vergilər ödənilənədək mənfəət (zərər) (sətir 8 üstəgəl (çıx) sətir 9)

162

11. Mənfəətdən vergilər

0

12. Xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)

162

 

 

A. KAPİTAL VƏSAİTLƏRİ

0

1

2

1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən  az olmamalıdır)

A1

37243,39

a) Adi səhmlər (tam ödənilmiş paylar)

A1a

52000

b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər

A1b

 

c) Səhmlərin emissiyasından əmələ gələn  əlavə vəsait

A1c

 

d)   Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi 

A1d

-14756,61

d1) əvvəlki illərin mənfəəti (zərəri)

A1d1

-14756,61

d2) (çıx) cari ilin zərəri

A1d2

0

d3) kapital ehtiyatları (fondları)

A1d3

0

e) Digər

 

A1e

 

2. I dərəcəli kapitaldan  tutulmalar

A2

306,1

a) Qeyri-maddi aktivlər

A2a

306,1

b) Təxirə salınmış vergi aktivləri

A2b

 

3. Tutulmalardan  sonra I dərəcəli kapitalı (I—2)

A3

36937,29

4. II dərəcəli  kapital (I dərəcəli  kapitalın  məbləğindən çox olmamalıdır)

A4

16158,699

a) Cari ilin mənfəəti

A4a

162,13499

b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)

A4b

1544,86401

c)  Kapitalın digər komponentləri

A4c

14451,7

c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər

A4c1

 

c2) subordinasiya borc öhdəlikləri

A4c2

14451,7

    d) Digər vəsaitlər

A4d

 

5. Məcmu kapital (3+4)

A5

53095,989

6. Məcmu kapitaldan tutulmalar :

A6

0

a)   Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)

A6a

0

b)    Bütün digər investisiyalar (xalis)

A6b

0

7. Tutulmalardan  sonra məcmu kapital (5-6)

A7

53095,989

8. Risk dərəcəsi üzrə ölçülmuş  yekun aktivlər  (cədvəl A15, E sətirindən)

A8

169897,6945

faizlə

0

Norma

Fakt

1

2

3

9. I dərəcəli  kapitalın  adekvatlıq əmsalı (3:8) x 100

A9

5%

21,18

10. Məcmu kapitalın  adekvatlıq  əmsalı (7:8) x 100

A10

10%

30,76

 

30.10.2017 05:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ