Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dünyada ən böyük səhm çöküşü davam edir- sonu görünmür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyada ən böyük səhm çöküşü davam edir- sonu görünmür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"PetroChina Co"nun səhmləri sürətlə ucuzlaşır bu tarixdə ən sərt səhm süqutudur.



 
"PetroChina Co"nin Şanxayda ticarət olunan səhmləri ilk əməliyyat günündə zirvə səviyyəsini görməsindən on il sonra, dövlətə aid olan enerji şirkətinin səhmləri bazar qiymətindən təqribən 800 milyard dollar itirib. "Marja" Bloomberg-ə istinadən xəbər verir ki, bu rəqəm, İtalyanın səhmlər bazarında əməliyyat olunan bütün şirkətləri satın almaq üçün kifayətdir; Ya da 100 dollarlıq əskinaslara çevrildiyi zaman dünyanın ətrafında 31 dəfə dövr etmək olar.
 


Dollarda düşündükdə, şirkətin çöküşü dünyada indiyə qədər görülmüş ən sərt itkidir; Və daha da pisləşə bilər. Əgər "Bloomberg"in sorğusuna qatılan analitiklərin təxmini doğru çıxarsa, "PetroChina"nın Şanxayda ticarət olunan səhmləri növbəti 12 aylıq dövrdə 16 faiz düşərək bütün zamanların ən aşağı səviyyəsinə enəcəkdir.


 
Şirkət, geridə qalan on ildə Çinin iqtisadi siyasətindəki dəyişikliklərdən mənfi təsir görüb. Hökumətin əmtəə yönümlü inkişaf modelindən uzaqlaşması və "Petrochina"nın 2007-ci ildə dünyanın ilk trilyon dollarlıq şirkəti olması ilə bağlı "spekulyativ" amilləri araşdırması, şirkətin səhmlərinə mənfi təsir edib.


 
Neftin on ildə 44 faiz ucuzlaşmasını və Sədr Xi Jinping-in elektrikli avtomobillərə qarşı həvəsini nəzərə aldıqda, analitiklər şirkətin dəyərində hələ də azalma gözləyirlər. Buna qarşı, "PetroChina" səhmləri 12 aylıq gözlənilən qazancından 36 dəfə baha ticarət olunur.


 
Analitik Toshihiko Takamoto, "PetroChina-nı çətin günlər gözləyir. Səhmi qazancından 30 dəfə baha satılan bir şirkəti kim nə üçün almaq istəsin?",-deyib.

30.10.2017 09:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ