Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Akif Çovdarov azadlıqdan məhrum edildi - MÜDDƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Akif Çovdarov azadlıqdan məhrum edildi - MÜDDƏT

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Reklam_3_11


Məhkəmənin hökmü ilə cinayət işi üzrə zərərçəkmişlərin vurulmuş mənəvi zərərin tutulması barədə mülki iddiaları təmin edilməyib.


Cinayət işi üzrə 16 nəfər mənəvi zərərçəkmiş şəxs qismində tanınıb.


Təqsirləndirilən şəxslərdən Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il , Akif Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

GENERAL RÜTBƏSİNDƏN MƏHRUM EDİLƏCƏK

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndəriləcək.
 


Bu barədə bu gün Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə bu gün keçirilən prosesdə xüsusi qərar qəbul olunub.

 

33 MİLYON MANATLIQ ƏMLAKI MÜSADİRƏ OLUNACAQ

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakı müsadirə olunacaq.
 
 
Bu barədə Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə bu gün keçirilən prosesdə qərar qəbul olunub.


Hökmə əsasən, məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb.


 
DTX-nın təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manat səviyyəsində təmin olunub.
 

© Report, APA

30.10.2017 14:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ