Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Fed-in yeni sədri olacağı gözlənilir - 2 NOYABRDA AÇIQLANACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in yeni sədri olacağı gözlənilir - 2 NOYABRDA AÇIQLANACAQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trumpın ABŞ Mərkəzi Bankının (Fed) növbəti sədri üçün namizədini cümə axşamı günü açıqlayacağı bildirilir.


 
"Marja" xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, Trump, Fed sədrinin adını, 2 Noyabr Cümə axşamı günü ictimaiyyətə təqdim edəcək. 

Reklam_3_11

 

"New York Times"ın xəbərinə görə, ABŞ Prezidenti Donald Trumpın Fed-in başına hazırda İdarə Heyətinin üzvü olan Jerome Powell-ı gətirəcəyi gözlənilir.


 
Mövcud Fed Sədri Janet Yellenin 4 illik vəzifə müddəti 2018-ci ilin Fevral  ayında başa çatacaq. Trump, Yellen də daxil olmaqla 3 namizədi qiymətləndirir. Yellenin rəqibləri, Fed-in İdarə Heyətinin üzvü Jerome Powell və Stanford Universitetinin İqtisadiyyat Professoru John Taylor-dur.


 
Ağ Evdən son günlər verilən adsız açıqlamalar, Trump-ın Powell-ı namizəd göstərəcəyinə dair ümidləri gücləndirib.


 
Fed sədrliyinə ən yaxın ad kimi görünən Powell-ı önə çıxaran amillər Respublikaçılar Partiyasını dəstəkləməsi və pul siyasəti baxımından Yellen ilə eyni xətdə dayanmasıdır.


 
Pauell, Corc Buş dövründə ABŞ Xəzinə Nazirliyində yüksək vəzifələrdə çalışıb. Hüquq sahəsində təhsil alan Pauell, 2012-ci ildən bu yana Fed-də işləyir.
 


Özəl sektor təcrübəsinə də malik olan Pauell, dövlət orqanlarındakı karyerasından əvvəl uzun müddət Dillon, Read & Co ve Carlyle Group kimi investisiya şirkətlərində çalışıb.
 
 
 Pauell, gözləntilər əsasında -yeni lideri seçilərsə, Yellen sədr kürsüsü ilə 3 Fevral 2018 tarixində vidalaşacaq.


 
Fed-in siyasətində müstəqil bir qurum kimi göründüyü ölkədə, Yellenin ikinci sərdlik dövrü üçün təyin olunmaması, nadir yaşanan bir vəziyyət olaraq tarixə düşə bilər.


 
Buna baxmayaraq, Yellen istəsə Fed-in idarə heyətində üzvlüyünü 31 Yanvar 2024 tarixinə qədər davam etdirəcək.

31.10.2017 06:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ