Vüsal Qasımlı Malayziyaya səfər edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Dr.Vüsal Qasımlı Asiya İnkişaf Bankının dəvətilə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinə səfər edib.
Mərkəzdən “Marja”ya daxil olmuş məlumata görə, səfər zamanı V.Qasımlı "İnklüziv inkişaf üçün layiqli iş" mövzusunda beynəlxalq tədbirdə iştirak edir. Vüsal Qasımlı tədbirin ilk günündə "Makroiqtisadi perspektivlər və inklüziv inkişaf üçün şəraitin yaradılması" mövzusunda sessiyaya rəhbərlik edib. Bu sessiya çərçivəsində İİTKM-in icraçı direktoru Prezident İlham Əliyevin təsdiqlədiyi Milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məlumat verərək, Azərbaycan təcrübəsinin Asiyanın inkişaf etməkdə olan ölkələrində yayılmasının zəruriliyini vurğulayıb. Xüsusilə, makroiqtisadi çağırışlar və qlobal şoklarla üzləşən ölkələrdə inkişaf strategiyasının qurulması baxımından Azərbaycan təcrübəsinin əhəmiyyəti qeyd olunub. Tədbirin növbəti günündə Vüsal Qasımlı "Azərbaycan: Yeni iqtisadi paradiqma" mövzusunda məruzə ilə çıxış edərək ölkədə aparılan iqtisadi islahatlar və bunun layiqli iş yerlərinin yaradılmasına verəcəyi səmərə barədə danışıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl