Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çətin relyefə malik dağda yol salınır - İsmayıllı Şamaxıya birləşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çətin relyefə malik dağda yol salınır - İsmayıllı Şamaxıya birləşəcək

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə əlaqədar “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.

 

Reklam_3_11

ASC-nin mətbuat xidmətindən  bildirilib ki, sözügedən avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək.

 

Hazırda yol boyu torpaq işləri, həmçinin layihə-axtarış və geoloji işlər də aparılır.

 

Məlumata əsasən, yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burada müxtəlif təyinatlı mühəndisi qurğuların inşası nəzərdə tutulub. Layihə üzrə Pirsaatçayın sağ qolu olan Künəçay üzərində 1 avtomobil körpüsünün, həmçinin sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının tikintisi də planlaşdırılıb.

 

Bundan başqa, tikinti işləri çərçivəsində yol boyu avtobus dayanacaqları, məlumatverici lövhələr və yol nişanları da quraşdırılacaq.

 

Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc kəndi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Həmçinin, yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq.

 

Dəmirçi-Lahıc avtomobil yolunun 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

31.10.2017 09:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ