Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yapon nəhəngi zavodunu bağladı - "Nokia"ya bənzər çöküş

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yapon nəhəngi zavodunu bağladı - "Nokia"ya bənzər çöküş
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir vaxtlar ən böyük texnologiya nəhənglərindən biri olan "Nokia"nın süqutuna bənzər bir çöküş bu dəfə Yaponiyanın texnologiya nəhəngi "Nikon"da baş verir.
 

"Marja" xəbər verir ki, optik avadanlıqlar, foto və video qurğuları sahəsində ixtisaslaşmış Yaponiyanın texnologiya nəhəngi "Nikon" ağıllı telefonların artan gücünə daha çox dözə bilməyərək Çindəki rəqəmsal kamera zavodunu bağladığını elan edib.


 
Çinin Jiangsu əyalətində Wuxi şəhərində 2002-ci ildən fəaliyyət göstərən zavodda rəqəmsal kameraların və DSLR linzaları istehsal edilirdi. Zavodda 2 min 285 nəfər çalışırdı.


 
"Nikon" tərəfindən edilən açıqlamada qərarın ağıllı telefonların kamera biznesinə zərər verməsi səbəbindən verildiyi bildirilib.


 
 Açıqlamada bu ifadələrə yer verilib: "Son illərdə artan ağıllı telefon istifadəsi portativ rəqəmsal kamera bazarının sürətlə daralmasına səbəb oldu. Bu da əməliyyatlarımızı sürətlə azaltdı, ticarətimizi də daha çətin hala gətirdi".


 
"Nikon"un rəqəmsal kameralar üçün, yalnız Yaponiya və Tailandda zavodları qalıb.


 
Bir vaxtlar dünyanın ən böyük cib telefonu istehsalçısı olan "Nokia" da ağıllı telefonların ortaya çıxmasından sonra dəyişikliklər ilə ayaqlaşa bilməmiş və obyektlərini Microsofta sataraq bazardan çıxmışdı.

31.10.2017 11:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ