Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Beta" 17 milyona yeni çay plantasiyasını salır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Beta" 17 milyona yeni çay plantasiyasını salır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Beta” şirkəti tərəfindən Lənkəranın Osakücə kəndində yeni çay plantasiyasının salınmasına başlanılıb. Bu layihənin icrasına 17 milyon manat vəsait sərf olunacağı planlaşdırılır.

 

Artıq bu vəsaitin 5 milyon manatı təsərrüfata yatırılıb. Bu məqsədlə şirkət tərəfindən təsərrüfat üçün ən müasir tələblərə cavab verən maşın-mexanizmlər, traktorlar alınıb, yeni texnologiya ilə işləyən suvarma sistemi qurulub, sututar bərpa edilib, ərazidə şitillik təsərrüfatı yaradılıb və yerli şəraitə uyğun 1 milyonadək çay şitili yetişdirilib.

 

İlkin olaraq 50 hektar istifadəsiz torpaq sahəsi hamarlanaraq şumlanıb və əkinə hazır vəziyyətə gətirilib.

 

Oktyabrın 31-də yeni salınmış və 150 nəfərdən çox rayon sakinin daimi işə cəlb olunduğu plantasiyada ilk əkin keçirilib.

 

Əkin kampaniyasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Beta” şirkətinin rəhbəri Calal Uğur, təsərrüfat rəhbərləri, çay mütəxəssisləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

Gələn il ərazidə çay plantasiyaları 150, yaxın gələcəkdə isə 1000 hektara çatdırılacaq. Həmçinin “Made in Azerbaijan” brendi ilə dünya standartları səviyyəsində çay məhsulları istehsal etmək üçün modern texnologiya ilə işləyəcək yeni çay emalı müəssisəsi tikiləcək.

 

© Azərtac

31.10.2017 15:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ