Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bitcoin-in fyüçers müqavilələrinə başlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitcoin-in fyüçers müqavilələrinə başlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ maliyyə nəhəngi "CME Group", virtual pul vahidi "Bitcoin"in fyüçers müqavilələrinə başlamağı planlaşdırdığını bildirib.
 


"Marja" xəbər verir ki, dünyanın ən böyük törəmə alətlər (forvard, fyüçers, opsion, svap) birjasının sahibi "CME Group"dan verilən açıqlamada, bu ilin dördüncü rübündə Bitcoin-in fyüçers əməliyyatlarına başlamağı planlaşdırdığını qeyd edilərək, tənzimləyici qurumların razılığının gözləndiyi bildirilib.

Reklam_3_11


 
Açıqlamada fikirlərinə yer verilən "CME Group"un İdarə Heyətinin Sədri Terri Duffy, "İnkişaf edən kripto valyuta bazarlarında artan müştəri marağı göz önündədir. Buna görə, "Bitcoin" fyüçerslərini  təqdim etmək qərarı verdik",- ifadələrini istifadə edib.


 
Açıqlamanın ardından, "Bitcoin" 5%-ə yaxın dəyər qazanaraq 6 min 420 dollara qədər qalxıb və bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

 

Virtual pul vahidinin dəyəri oktyabr ayının əvvəlindən bəri 48 faiz, bu ilin əvvəlindən indiyədək isə 560 faiz artıb.


 
Mütəxəssislər, ABŞ-da tənzimləyici qurumların "Bitcoin" fyüçerslərinə mane olunmayacağını qeyd edirlər. Bu qurumların "gözlə və gör" mövqeyində olaraq "Bitcoin" fyüçerslərini ilk başdan yaxından izləyəcəklərini və bazarlara təsirlərini təhlil edəcəklərini bildirirlər.


 
Çin hökuməti, avqust ayında, ölkədə virtual pul vahidlərinin ilk İPO-sunda pul toplamağı qadağan etmiş və ölkədə "Bitcoin" əməliyyatlarının da qısa müddət ərzində dayandırılacağını açıqlamışdı. Ancaq sentyabr ayında, Çin hökuməti ölkədə "Bitcoin" və digər virtual pullar ilə əməliyyatlara daha çox tələblər qoyaraq davam edəcəyinin siqnalını vermişdi.

 

Fyuçers hər hansı aktivi gələcəkdə müəyyən tarixdə və müəyyən qiymətdə almaq və ya satmaq hüququ verən müqavilədir.

 

CME, CBOT, NYMEX and COMEX birjaları "CME Group INC"-ın nəzdində fəaliyyət göstərirlər.

01.11.2017 04:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ