Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ-da xam neft ehtiyatları azaldı, neft bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da xam neft ehtiyatları azaldı, neft bahalaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, ABŞ-da özəl sektrorun açıqladığı məlumatların həm xam neft, həm də benzin ehtiyatlarının ötən həftə azaldığını göstərməsilə yüksəlib.


 
"Marja" xəbər verir ki, özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 5.09 milyon barrel və benzin ehtiyatları 7.7 milyon barel azalıb.

 

Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların da, xam neft ehtiyatlarının ötən həftə azalaraq son altı həftədə beş dəfə düşdüyünü göstərməsi gözlənilir.


 
Brent nefti, Səudiyyə Ərəbistanı və Rusiyanın Mart ayının sonunda bitəcək hasilatın azaldılması sazişini uzatmağı dəstəklədiklərini açıqlamaları ilə bahalaşırdı. Brent nefti ötən ay 2015-ci ilin İyul ayından bu yana ilk dəfə 60 dolların üzərinə qalxıb, Qərbi Texas nefti (WTI) səkkiz ayın ən yüksək səviyyəsinə çıxıb. 


 
Bakı vaxtı ilə saat 09:00-da, WTI neft, Nymex birjasında 54.69 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında 61.21 dollardan alıcı tapıb.

01.11.2017 06:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ