Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Facebook-un qazancı 80%-ə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Facebook-un qazancı 80%-ə yaxın artıb


 Facebook-un bu ilin üçüncü rübündə xalis mənfəəti, ötən ilin eyni dövrünə nisbətən 79 faiz artmışdır.
 

"Marja" xəbər verir ki, dünyanın ən böyük sosial media saytı Facebook, Nyu-York Birjasının bağlanmasının ardından, bu ilin üçüncü rübünə dair balansını açıqlayıb.

Reklam_3_11


 
Facebook-dan verilən açıqlamada, şirkətin xalis mənfəətinin bu ilin üçüncü rübündə 4,7 milyard dollara çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 79 faiz artım olduğu bildirilib. Şirkət, 2016-nın iyul-sentyabr dövründə 2,63 milyard dollar təmiz gəlir əldə etmişdi.


 
Açıqlamada, şirkətin bir səhminə düşən xalis mənfəətin də ötən ilin üçüncü rübündəki 0,90 dollardan bu ilin eyni dövründə 1,59 dollara yüksəldiyi bildirilib.


Ötən ilin üçüncü rübündə 7 milyard dollar gəlir əldə edən Facebook-un bu ilin üçüncü rübündə gəlirlərinin 47 faiz artaraq 10,33 milyard dollara çatdığı qeyd edilən açıqlamada, bu dövrdəki reklam gəlirlərinin isə 49 faiz artaraq 10,14 milyard dollara çatdığı ifadə edilib.


 
AYLIQ İSTİFADƏÇO SAYI 2 MİLYARDDAN ÇOXDUR


 
Facebook-un gündəlik və aylıq aktiv istifadəçi sayında da bu ilin iyul-sentyabr dövründə artım qeydə alınıb.


 
 Açıqlamada, Sentyabrın sonunda Facebookun gündəlik aktiv istifadəçi sayının 1,37 milyard olduğu və bu rəqəmin keçən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım göstərdiyi bildirilib.


 
Həmçinin, 30 Sentyabr 2017-ci il tarixində Facebookun aylıq aktiv istifadəçi sayının 2,07 milyarda çatdığının qeyd olunduğu açıqlamada, bu rəqəmin də 16 faiz yüksəldiyi məlumatına yer verilib.


 
Facebookun müsbət balansından sonra, şirkətin səhmləri Nyu-York Birjasının bağlanmasının ardından aparılan məhdud əməliyyatlarda 1,9 faiz dəyər qazanaraq 186,10 dollara qədər yüksəlib.


 
Analitiklər, gözləntilərin üzərində olan balans göstəricilərinin şirkətin səhmlərinə əsl əks olunmasının bu gün Nyu-York Birjasının açılmasından sonra baş verəcəyini bildirirlər.

02.11.2017 05:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ