Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

10 il sonra faiz artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 il sonra faiz artırdı

 
İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini 25 bənd artıraraq 0.25%-dən 0.50%-ə qaldırıb. Bu 10 il sonra həyata keçirilən ilk faiz artırımıdır.


 
"Marja" xəbər verir ki, İngiltərə Mərkəzi Bankı qiymətli kağız alışı miqdarını isə gözlənildiyi kimi 435 milyard funt-sterlinq saxlayıb. Bank açıqlamasında gələcəkdəki faiz artımlarının mərhələli və məhdud olacağını bildirib.


 
Açıqlamada, Avropa Birliyindən çıxma (Brexit) tarixi yaxınlaşdıqca iqtisadiyyata dair narahatlıqlar olduğu görüldü. AB-dən çıxma prosesində əhalinin xərcləri, şirkətlər və maliyyə bazarlarındakı prosesləri də əhatə edən mənzərəyə dair əhəmiyyətli risklər olduğu bildirilib.


 
Bank bu il üçün iqtisadi artım gözləntisini 1,7%-dən 1,6%-ə endirib, 2019-cu il üzrə artım gözləntisini isə 1,7%-də saxlayıb.
 
Qərardan sonra  funt-sterlinq dollar qarşısında 1% ucuzlaşıb. Sterlinq/Dollar məzənnəsi 1,3121 səviyyəsinə düşüb.

 

 Bank sonuncu dəfə 2007-ci ilin İyul ayında faizləri artırmışdı.

02.11.2017 14:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ