İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı təsdiq edilib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
"Marja" xəbər verir ki, Fərmana əsasən siyahısı təsdiq edilən xammal və materiallara yandırılmış pirit, alüminium filizləri və konsentratları, alüminium oksidi, süni korunddan fərqli, dəmir filizinin birbaşa reduksiya məhsulları, dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri, qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış), qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri, sobalarda istifadə olunan elektrodlar – digərləri, elektroliz qurğuları üçün elektrodlar daxildir.
İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların SİYAHISI
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
S/S | Kod | Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları |
1. | 2601200000 | Yandırılmış pirit |
2. | 2606000000 | Alüminium filizləri və konsentratları |
3. | 2818200000 | Alüminium oksidi, süni korunddan fərqli |
4. | 7203100000 | Dəmir filizinin birbaşa reduksiya məhsulları |
5. | 7203900000 | Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri |
6. | 7204491000 | Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış) |
7. | 7204499000 | Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri |
8. | 8545110080 | Sobalarda istifadə olunan elektrodlar – digərləri |
9. | 8545190001 | Elektroliz qurğuları üçün elektrodlar |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
33 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır