Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yapon nəhənginə göz dikdi! Hədəfi ən böyük olmaqdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yapon nəhənginə göz dikdi! Hədəfi ən böyük olmaqdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lenovo, azalan PC gəlirlərini artırmaq və HP-yə uduzduğu "ən böyük PC istehsalçısı" adını geri qazanmaq üçün hərəkətə keçib. 


 
Lenovo, Yaponiyanın Fujitsu şirkətinin fərdi kompüterlər istehsal edən törəmə şirkətinin 51 faiz səhmini satın alır. Müqavilənin maliyyə dəyəri 269 milyon dollara qədər çıxa bilər.


 
Fujitsu və Lenovo, 2016-ci ildə PC (Fərdi kompüter) sahəsində mümkün əməkdaşlıq əlaqələrini araşdırmağa başladıqlarını bildirmişdilər.


 
"Marja" xəbər verir ki, Lenovo, şirkətin fərdi kompüterlər istehsal edən Fujitsu Client Computing LTD-nin səhmləri üçün 17,85 milyard yen (156 milyon dollar) ödəyəcək və şirkətin 2020-ci ildəki vəziyyətinə görə 2,55 milyard yen ilə 12,75 milyard yen arasında  daha bir ödəniş ediləcək.


 
Qlobal PC bazarında yavaşlama, Lenovo-nun sentyabr ayında bitən ikinci rübündə PC satışlarından 139 milyon dollar gəlir gətirməsinə səbəb olub. Ötən ilin eyni dövründə açıqlanan mənfəət isə 157 milyard dollar idi.


 
Lenovo-nun sözügedən rübdə əldə etdiyi gəlirlər 11,8 milyard dollar olaraq açıqlanıb.


 
Şirkətin qlobal PC satışları bir əvvəlki rübə nisbətən 17 faiz azalıb və  PC bazarında 0,2 faiz pay itirərək, "tortun"  21%-ni əlində saxlamağa davam edib.


 
 Lenovo ilin əvvəlində dünyanın ən böyük PC istehsalçısı adını HP-yə uduzmuşdu. 

02.11.2017 19:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ