Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Devalvasiya təhlükəsi hər zaman var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Devalvasiya təhlükəsi hər zaman var"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft yenidən ucuzlaşarsa, Yaxın Şərq ölkələri maliyyə böhranı ilə üzləşəcək


 

Reklam_3_11

Dünya bazarında neftin qiyməti yenidən düşməyə başlayarsa, Yaxın Şərqin neftlə zəngin ölkələrində maliyyə böhranı başlayacaq və bu, bütün region ölkələrinə yayılacaq. 


Analitiklər bildirirlər ki, Fars körfəzi ölkələrinin valyutalarının ABŞ dollarına bağlı olması amili neftin qiymətinin düşməsi zamanı önəmli iqtisadi çətinlik yaradır. 


"Mütəmadi olaraq bu ölkələr valyuta məzənnəsinin formalaşması sisteminin dəyişdirilməsini müzakirə edir. Hazırda neftin qiymətinin yüksəlməsi devalvasiya riskini azaltsa da, təhlükə hər zaman var", - deyən analitiklərin fikrincə, bu ölkələrdən hər hansı birində devalvasiya olarsa, bütün region ölkələrində zəncirvari reaksiya qaçılmazdır.


Qeyd edək ki, neftin hazırkı qiyməti də bəzi ölkələrin büdcəsinin balanslaşdırılmasına kömək etmir. Belə ki, IMF-in hesablamalarına görə, Səudiyyə Ərəbistanı üçün balanslaşdırılmış büdcə 73,1 dollar/barel, Bəhreyn üçün 99 dollar/barel qiyməti zamanı mümkündür.


"Bloomberg" agentliyinin məlumatına görə, Bəhreyn hökuməti Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytə maliyyə yardımı üçün müraciət edib. Belə ki, Bəhreyndə son 3 ildə ilk dəfə olaraq dollar bahalaşaraq 0,3770-dən 0,3780 dinara yüksəlib. Ölkənin valyuta ehtiyatları isə son 3 ildə 4 dəfə azalaraq 1,4 mlrd. dollara geriləyib.
Xatırladaq ki, Bəhreynin gündəlik neft hasilatı 40 min barel olsa da, adambaşına düşən neftin həcminə görə ilk yerlərdən birini tutur.

 

© Report

03.11.2017 09:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ