Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türk İnvestisiya Fondunun təsis iclası keçirilib, Baş direktoru seçilib

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılmış Türk İnvestisiya Fondunun təsis iclası keçirilib, Fondla Türkiyə Respublikası arasında "Ev Sahibi Ölkə Müqaviləsi" imzalanıb. Bundan başqa, Azərbaycandan namizədliyi təqdim edilmiş Ramil Babayev Fondun Baş direktoru seçilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk İnvestisiya Fondunun təsis iclası keçirilib, Baş direktoru seçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 18-də İstanbulda Türk İnvestisiya Fondunun təsis iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, İclasda fəxri qonaq qismində çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Fondun təsis olunmasında payı olan qardaş türk dövlətlərinin nümayəndələrini təbrik edib, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını və təbriklərini çatdırıb.

Reklam_3_11

Cevdet Yılmaz Fondun məqsədinin türk dövlətləri coğrafiyasının daha firavan gələcəyi üçün iqtisadi inkişafına ən yüksək töhfə verəcək şəkildə dəstəkləmək və maliyyə davamlılığını qorumaq olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması ölkələrimiz arasında daha geniş iqtisadi əməkdaşlığa və inteqrasiyaya doğru atılmış tarixi addımdır. Fond xalqlarımız arasında birliyin və əməkdaşlığın, iqtisadi əlaqələrimizi dərinləşdirmək əzmimizin mühüm rəmzidir.

Türk İnvesitiya Fondunun prezidenti Bağdad Amrayev bildirib ki, Türk İnvestisiya Fondunun yaradılması ölkələrimiz arasında iqtisadi əlaqələrin davamlı inkişafın təşviqinə xidmət edir. Fondun etimad, əməkdaşlıq və ortaq rifaha əsaslanan daha parlaq gələcəyə doğru birgə çalışmaq əzminin sübutu olduğuna diqqət çəkən Amreyev qeyd edib ki, ölkələrimizə sərmayə qoyaraq, Türk dünyasında iqtisadi inteqrasiyanı dəstəkləyəcək bir mexanizm olmağı hədəfləyir.

Qazaxıstan Respublikası Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Nurlan Baybazarov Fondun fəaliyyətə başlaması münasibəti ilə təbriklərini çatdırıb. Ölkəsinin türk dövlətləri ilə əməkdaşlığa verdiyi önəmi bildirib, ölkələrimiz arasında iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikirlərini bölüşüb.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılmış Türk İnvestisiya Fondunun təsis iclasında çıxış edən Türkiyə Respublikasının maliyyə və xəzinə naziri Mehmet Şimşək bildirib ki, türk dövlətlərinin 2024-cü ilin sonuna qədər 1,9 trilyon dollarlıq iqtisadi böyüklüyə və 178 milyon əhaliyə çataraq dünya iqtisadiyyatında mühüm yer qazanacağı gözlənilir. Fondun iqtisadi rəqəmləri haqqında məlumat verən nazir qeyd edib ki, Fond 500 milyon dollar nizamnamə kapitalı ilə qurulur. Türk İnvestisiya Fondu həm dövlət, həm də özəl sektor investisiyalarını sürətləndirəcək. Bundan əlavə, Fond bir çox sahələrdə layihələrə texniki dəstək verəcək. İnfrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılmasında mühüm rol oynayacaq və davamlı iqtisadi inkişafa töhfə verəcək.

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycan hər zaman türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirir, türk dünyasındakı inteqrasiya proseslərinə dəstək verir. Elnur Əliyev qeyd edib ki, təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti 2024-cü ilin 14 fevral tarixindəki andiçmə mərasimində Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığından danışarkən TDT-nin Azərbaycan üçün əsas beynəlxalq təşkilat olmasını, Türk dünyasının ailəmiz olduğunu vurğulamış, TDT-yə üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimizin olduğunu və bizim siyasətimizin TDT-ni gücləndirmək olduğunu bildirmişdir.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Qazaxıstan, Qırğızıstan və Özbəkistanla sərbəst ticarət sazişləri qüvvədədir ki, bu da həmin ölkələrlə idxal gömrük rüsumlarının qarşılıqlı ləğvini nəzərdə tutur. Həmçinin Türkiyə ilə 2020-ci ildə Preferensial Ticarət Sazişi və 2023-cü ilin aprel ayında isə Sazişin əhatə etdiyi məhsul siyahısının genişləndirilməsi məqsədilə əlavə protokol imzalanıb. Qeyd olunan addımlar gələcəkdə Azərbaycanın üzv dövlətlərlə ticarət dövriyyəsinin həcminin artmasına və dolayısı ilə iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradacaqdır.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov türk dövlətləri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun təşviqi, birgə layihələrin həyata keçirilməsi barədə fikirlərini bölüşüb, Fondun bu istiqamətdə reallaşdırılacaq təşəbbüslərə mühüm tövhə verəcəyinə əminliyini ifadə edib.

İclasda gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı Fondla Türkiyə Respublikası arasında "Ev Sahibi Ölkə Müqaviləsi" imzalanıb. Bundan başqa, Azərbaycandan namizədliyi təqdim edilmiş Ramil Babayev Fondun Baş direktoru seçilib.

Ramil Babayev Türk İnvestisiya Fondu
19.05.2024 22:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil xəbər lentinin aşağısı_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ