Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
 


Fərmanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 1-ci maddəsində “2 (iki) il müddətinə” sözlərinin “2021-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilməsi əksini tapıb.
 


Bundan başqa, qanunun 2.1-ci maddəsinin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə” sözləri əlavə edilib.


 
Bununla da, sahibkarliq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb.


 
Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitib.

03.11.2017 15:27

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ