Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan bank bazarında növbəti ilkə imza atılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bank bazarında növbəti ilkə imza atılacaq

“Bank of Baku” iş prosesi yekunlaşmaq üzrə olan bir sıra yeniliklərini açıqlayıb.

 

Bankın Yeni məhsulların yaradılması komitəsinin sədri, Partnyorlarla İş və Alternativ Satışlar Departamentinin direktoru Anar Abbasovun “Marja”ya bildirib ki, ən qısa zamanda korporativ müştərilərimizə ölkədaxili hesabdan-hesaba pul köçürmələri ilə yanaşı, həmçinin ölkəxarici bank hesablarına filiala yaxınlaşmadan internet bankinq və ya mobil bankinq vasitəsilə pul vəsaitlərini köçürmə imkanı təqdim ediləcək.

 

“Digər mühüm yeniliklərimizdən biri isə bizim plastik kart istifadəçilərimiz üçün nəzərdə tutulub. Plastik kart müştərilərimiz indi internet və mobil bankinq, elədə də, Bankımızın rəsmi internet ünvanından http://www.bankofbaku.com/ istifadə etməklə öz kart hesablarından dünyanın istənilən Visa və MasterCard kartlarına pul köçürmələrini edə biləcəklər. Bu günə qədər, bu ancaq ölkədaxili kartlara şamil olunurdu, bu yeniliyi tətbiq etməklə, Bank of Baku, Azərbaycan bank bazarında növbəti ilkə imza atmış olur.

 

Son olaraq qeyd etmək istərdim ki, həm korporativ, həm də istehlak müştərilərimiz üçün bankomatların, elektron ödəniş terminallarının, elektron kommersiya üzrə xidmətlərin (onlayn alış-veriş və digər ödənişlər), Mərkəzi Məlumat xidmətinin (Call-Centre), İnternet Bankinq, Mobil Bankinq, SMS-Bankinq vasitəsilə xidmətlərin daha geniş çeşiddə göstərmək niyyətindəyik. Həyata keçirmək istədiyimiz çoxlu ideyalarımız var, bizi izləyin ki, anında məlumatınız olsun”,- Anar Abbasov bildirib.

03.11.2017 15:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ