Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

S&P Türkiyənin kredit reytinqini təsdiq edib, proqnoz "neqativ"dir

iç səhifə xəbər başlığı altı (mobil)_31
S&P Türkiyənin kredit reytinqini təsdiq edib, proqnoz  "neqativ"dir

Beynəlxalq kredit reytinqi agentliyi "Standard & Poor's", Türkiyənin xarici valyutada kredit reytinqini "BB", yerli valyutada isə "BB+" olaraq təsdiq edib. Reytinqin proqnozunun isə "neqativ/mənfi" olduğu açıqlanıb.


 
"Marja" xəbər verir ki, keçən ilin iyul ayındakı çevriliş cəhdinə baxmayaraq, Türkiyə iqtisadiyyatının güclü maliyyəsilə dövlət çevrilişi təşəbbüsünə müsbət reaksiya verdiyinin vurğulandığı açıqlamada, inflyasiya təzyiqlərinin səngiməsi vəziyyətində reytinqin proqnozunun  "stabil"ə qaldırıla bilinəcəyi qeyd olunub.   

Reklam_3_11


 
Digər tərəfdən, açıqlamada, Türkiyədə pul siyasətinin inflyasiya və valyuta təzyiqlərini dayandırmaqda yetərsiz qalması vəziyyətində, ölkənin iqtisadi və maliyyə sabitliyi gücünü itirəcəyi barədə xəbərdarlıq edilib.


 
Özəl sektorda ABŞ dollarının geniş istifadə edilməsinin zəif Türk Lirəsinin iqtisadiyyata olan faydasını məhdudlaşdırdığına diqqət çəkilən açıqlamada, 2017-nin ilk yarısında Türkiyədə investisiyaların sürətlə artdığı, bu investisiyaların çoxunun dövlətin tikinti sahəsində olduğu qeyd olunub.

04.11.2017 06:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ