Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bakı-Xarkov-Poltava-Kiyev avtobus reysi fəaliyyətə başlayır - QİYMƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Xarkov-Poltava-Kiyev avtobus reysi fəaliyyətə başlayır - QİYMƏT

Noyabrın 9-dan etibarən hər həftənin cümə axşamı Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobus reysi fəaliyyətə başlayır.


Kompleksdən verilən məlumata görə, artıq Bakı-Xarkov-Poltava-Kiyev reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir.

Reklam_3_11


Avtobus Rusiya Federasiyasının ərazisindən keçərək 40 saat yol qət etməklə mənzil başına çatacaq.
Noyabrın 13-dən isə hər həftənin bazar ertəsi yerli vaxtla 15:00-da Kiyev-Xarkov-Bakı (2668 km) istiqamətində avtobus reysi Kiyev Mərkəzi Avtovağzalından həyata keçiriləcək.


Avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir.
Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.


Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.


Qeyd edək ki, biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycanın şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.


Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar “Wi-Fi” şəbəkəsi ilə təchiz edilib.
Sərnişinlərin yol boyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub.

04.11.2017 09:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ