Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərxalça” ASC-nin Ağstafa filialı istifadəyə hazırdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərxalça” ASC-nin Ağstafa filialı istifadəyə hazırdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərxalça” ASC-nin Ağstafa filialında tikinti işləri yekunlaşıb.

 

Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bir mərtəbəli və ümumi sahəsi 1246 kvadrat metr olan binanın inşaat işləri tam başa çatıb. Fabrikdə hazırda son tamamlama işləri aparılır. 465,6 kvadrat metr sahəsi olan toxuculuq zalında iş prosesi üçün ən yüksək şərait yaradılıb.

 

Toxucuların səmərəli fəaliyyət göstərmələri üçün hər bir amilin nəzərə alındığı geniş zalda ən müasir avadanlıqlar quraşdırılıb. Hazırda burada işə qəbul olunmuş 60 nəfərədək toxucu qadın müxtəlif növ xalça nümunələri üzərində işləyərək müvafiq təcrübə toplayırlar.

 

Fabrik tam fəaliyyətə düşdükdən sonra isə toxucuların sayı 150 nəfər təşkil edəcək.

 

Fabrik binasında həmçinin gələcəkdə istehsal olunacaq xalçaların satışı üçün də müvafiq otaq yaradılıb.

 

Müəssisənin həyətyanı ərazisində də abadlıq-quruculuq işləri aparılıb. Belə ki, binanın ətrafı dekorativ hasara alınıb, yerə müasir tipli döşəmə daşı vurulub, dekorativ yaşıllıqlar salınıb.

 

© Azərtac

06.11.2017 04:52

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ