Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Əkinçilikdə gəlirli sahələrdən hesab olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əkinçilikdə gəlirli sahələrdən hesab olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vətəni Cənubi Amerika olan bibər ispanlar tərəfindən Avropaya gətirilib və qısa zamanda tropik və subtropik ölkələrdə yayılıb. Müxtəlif rənglərdə olan acı və şirin bibərlərdən tərəvəz və ədviyyat kimi istifadə olunur. Əkilib becərilməsi Şəmkir rayonunda da geniş yayılan bibərdən ədviyyat kimi, salatda və müxtəlif yeməklərdə işlədilir.

 

Reklam_3_11

Şəmkir rayonunun Sarıtəpə kənd sakini, sahibkar Əli Ələkbərov deyib: “50 sot sahədə bibər əkmişəm. Sahədə acı, şirin və qırmızı bibər becərmişəm. Əkinə bol su verildiyindən və aqrotexniki qulluq göstərildiyindən yaxşı məhsulumuz var. Təxminən hər yığımda 200-250 manat qazanc götürürük və ailəmizin dolanışığını təmin edirik.”

 

Bibər xüsusilə C vitanimi ilə zəngindir. İştahı açır, mədəni qüvvətləndirir, həzmi asanlaşdırır. Qırmızı bibər nəfəs yollarını açır, bronxit və qrip kimi xəstəliklərdə faydalıdır. Ürək xəstəliklərinə qarşı qoruyucudur. Müsahibimiz bildirir ki, bibər əkində xəstəliklərə yoluxmur. Onun əkilib becərilməsində heç bir kimyəvi dərmandan istifadə olunmur. Yalnız bol su sevir. Əkin sahəsi suvarıldıqca məhsul bol olur. Mayda əkilən sahədən dekabrın axırına qədər məhsul yığmaq mümkündür. Bu da əkinçilikdə gəlirli sahə hesab olunur.

 

© Azərtac

06.11.2017 04:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ