Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank nağd pul krediti şərtlərini asanlaşdırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank  nağd pul krediti şərtlərini asanlaşdırdı

Kredit məhsullarının müştərilər üçün əlçatan olmasına çalışan Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank özünün əmək haqqı və pensiya kartı sahiblərinə təqdim etdiyi nağd pul kreditinin şərtlərini xeyli asanlaşdırıb.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, kreditin faizi azaldılıb, illik faiz dərəcəsi indi 25%-dən başlanır.

 

Müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb, eyni zamanda, kreditin müddəti də artırılıb. Bankın maksimum 15000 manata qədər məbləğdə təklif etdiyi nağd pul kreditini indi müştərilər 36 ay müddətədək ala bilər. Ödənişlərə gəlincə, müştəri məsələn, bankdan 36 ay müddətinə, 1000 manat məbləğində kredit aldıqda ayda cəmi 40 manat, 3000 manat aldıqda 120 manat, 5000 manat aldıqda isə 199 manat ödəyəcək.

 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi, eləcə də bankın əmək haqqı, yaxud pensiya kartı ilə filiallara yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəriAvtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

 

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

06.11.2017 07:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ