Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“İnvestAZ”ın gəlirləri və mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnvestAZ”ın gəlirləri və mənfəəti artıb

 

“İnvestAZ  İnvestisiya Şirkəti” QSC 2017-ci ilin birinci yarısını 438 min 401 manat xalis mənfəətlə başa vurub.

 

“Marja” investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin birinci yarısı ilə müqayisədə “İnvestAZ”ın xalis mənfəəti 33,5% artıb. Belə ki, şirkət 2016-cı ilin 1-ci yarısını 328 min 347 manat, 2015-ci ilin birinci yarısını isə 48 min 898 manat xalis mənfəətlə bağlamışdı.

 

Cari ilin Yanvar-İyun dövründə “İnvestAZ”ın cəmi gəlirləri 1 milyon 428 min manat təşkil edib, Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 68% çoxdur. Şirkət 2016-ci ilin birinci yarısında 851 min 348 manat cəmi gəlir əldə etmişdi.

 

30 İyun 2017-ci il tarixində “İnvestAZ” 8 milyon 447 min manat cəmi aktivlərə,  7 milyon 155 min manat cəmi öhdəliklərə və 1 milyon 291 min manat cəmi kapitala malik olub.

 

Müştərilər üzrə kreditor borcları 5 milyon 649 min manatdan 7 milyon 46 min manata yüksəlib. Bu, “İnvestAZ”da hesab açanların artdığına işarədir.

06.11.2017 11:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ