Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Rusiya aviaşirkəti Azərbaycandan gedir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya aviaşirkəti Azərbaycandan gedir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın hava nəqliyyatı federal agentliyi “Aeroflot”un törəmə şirkəti olan “Pobeda” loukoster şirkətinin Azərbaycana reyslər həyat keçirmək icazəsini geri çağırıb.

 

Bu barədə Daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyasının protokolunda bildirilir.

 

Qeyd edək ki, “Pobeda” aviaşirkəti ötən ilin iyulunda həftədə dörd dəfə Rostovdan Bakıya reyslər həyata keçirmək hüququ əldə etmiş və oktyabrın 31-dən uçuşları həyata keçirməyə başlamışdı. Lakin bu ilin may ayının 30-dan reyslər ləğv olunmuşdu.

 

Bundan başqa, “VİM Avia” şirkəti icazə aldıqdan sonrakı müddətdə uçuşlar keçirmədiyi üçün icazəsi geri çağırılıb.

 

Sənəddə qeyd olunur ki, “Severnıy Veter” aviaşirkəti həftədə yeddi dəfə olmaqla Rostovdan Bakıya sərnişin daşımaq hüququ əldə edib.

 

“Yamal” aviaşirkəti də Tümen-Bakı və Surqut-Bakı marşrutları üzrə həftədə dörd dəfə reyslər həyata keçirmək icazəsi alıb.

 

© Trend

06.11.2017 17:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ