Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dünyanın ən qədim dərman şirkəti "Merck&Co" "Vilsan"ı satın alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən qədim dərman şirkəti "Merck&Co" "Vilsan"ı satın alacaq

1668-ci ildən fəaliyyət göstərən dünyanın ən qədim dərman və kimya şirkəti olan "Merck&Co", Türkiyədə heyvan sağlamlığı sahəsində fəaliyyət göstərən "Vilsan"ı satın alır.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, "Merck & Co", məsələ ilə əlaqədar olaraq Türkiyənin Rəqabət Qurumuna lazımi müraciəti edib.


 
50 MİN NƏFƏR ÇALIŞIR


 
Öz sahəsində dünyanın ən böyükləri arasında yer alan "Merck"in ötən günlərdə açıqlanan üçüncü rüb balansına görə satışları 10.3 milyard dollar olub. Şirkətin 2017-ci ili 40 milyard dollar ətrafında bir satış gəliri ilə başa vuracağı gözlənilir. Çox geniş bir məkanda fəaliyyət göstərən şirkətdə 50 min nəfər çalışır.
 

31 İLLİK ŞİRKƏT
 


 Dünya nəhənginin satın almaq istədiyi "Vilsan" isə 1986-ci ildə heyvan sağlamlığı sahəsində xidmət göstərmək üçün yaradılıb. Şirkət məhsullarını Orta Şərq, Şərqi Avropa, Qafqaz,  Afrika, Orta Asiya, Uzaq Şərq Asiya və Cənubi Amerikaya ixrac edir.


 
"Vilsan", 2014-ci ildə isə yenə yerli bir şirkət olan və eyni sahədə fəaliyyət göstərən "Vimar"a satılmışdı.

07.11.2017 04:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ