Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Neft Fondu makroiqtisadi sabitliyə töhfə verir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft Fondu makroiqtisadi sabitliyə töhfə verir"

“Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə ayırmaları ölkədə makroiqtisadi və fiskal sabitliyin təmin edilməsinə töhfəsini verir".

 

Reklam_3_11

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib.


 
Ş. Mövsümov bildirib ki, son illər maliyyə bazarlarına neftin qiymətinin kəskin azalması müşahidə edilir və nəticə etibarı ilə Azərbaycanın neft və qaz gəlirlərinin azalması artıq faktdır: "Amma Dövlət Neft Fondunun yaradılması ilə bağlı uzaqgörən siyasət artıq özünü qabarıq biruzə verir. Bildiyiniz kimi, bu gəlirlərin azalması şəraitində ARDNF-nin dövlət büdcəsinə ayırmaları tam və vaxtında icra edilir, bu da ölkədə makroiqtisadi və fiskal sabitliyin, dayanıqlığın təmin edilməsinə töhfəsini verir".

 

2018-ci ildə bir barel neftin qiymətinin orta hesabla 45 dollardan götürüldüyünü deyən Fond rəhbəri qeyd edib ki, bu hesablamalarla gələn il ARDNF-nin gəlirləri 10,7 mlrd. manat olacaq: "Bunun əsas gəlir mənbəyi dövlətin payına düşən mənfəət karbohidrogenlərinin satışından proqnozlaşdırılır. ARDNF-nin gələn il xərclərinin yuxarı həddinin 12 mlrd. manat olacağı proqnozlaşdırılır".

 

© APA

07.11.2017 09:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ