“Fresco” üzr istədi
Bu gün bəzi saytlarda yayılan məlumata görə, paytaxtda yerləşən iri “Fresco” supermarketində qiymət uyğunsuzluğu halı qeydə alınıb. İstehlakçılardan birinin şikayətinə görə, marketdən aldığı məhsul piştaxtada bir, kassada isə başqa qiymətə hesablanıb.
"Marja" xəbər verir ki, “Fresco” yayılan məlumat ilə bağlı öz mövqeyini təqdim edib.
-İlk növbədə, belə bir hal baş verdiyi üçün sizlərdən çox üzr istəyirik, texniki səhv də olsa bu bizim səhvimizdir. Lakin bizim daimi müştərilərimiz bunu çox yaxşı bilirlər ki, Fresco ailəsi heç vaxt müştərilərini aldatmağa çalışmamış, tam əksinə müştəri məmnuniyyətinin ən yüksək səviyyədə olması üçün əlindən gələni etmişdir.
Bu hal ilə bağlı olaraq bildirmək istəyirik ki, bu tamamilə sistemdə olan ləngimədən qaynaqlanan texniki bir səhvdir. Dünən mağazamızda bananın kilosu 1.79 AZN olub, bugün isə bananın qiyməti 1.95 AZN müəyyən olunmuşdur. Rəfin üzərində qiymətin 1.95 AZN olmasına baxmayaraq (yəni müştəri alarkən bananın 1.95 AZN olduğunu bilirdi), tərəzinin texniki nasazlığı olduğu üçün həmin tərəzidə qiymət dəyişikliyi baş tutmamış və təəsüf ki, banan köhnə qiymət ilə hesablanmışdır.
Bu səhv üçün sizdən bir daha üzr istəyirik, amma bu o demək deyil ki, biz müştərini aldatmağa çalışmışıq. Belə bir nasazlıq dünyada bütün supermarket şəbəkələrində baş verə bilər. Biz belə halları minimuma endirmək üçün əlimizdən gələni edirik. Nə vaxtsa belə bir hal ilə qarşılaşsanız, çox xahiş edirik, dərhal mağaza rəhbərliyini çağırıb məsələni yerindəcə həll edəsiniz. Çünki müştəri istər tərəzi qəbzində istər kassada qiymət fərqi ilə rastlaşdıqda aşağı qiymət hansıdırsa həmin qiymət müştəriyə təqdim olunur. Bizi anlayışla qarşılayacağınızı ümid edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
3 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
3 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 15 saat əvvəl