Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Nazirlərin dediyi inkişaf varsa, neftin qiymətini büdcədə niyə artrırıq?"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nazirlərin dediyi inkişaf varsa, neftin qiymətini büdcədə niyə artrırıq?"

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiymətinin daha az götürülməsi məqsədəuyğundur. 


Belə bir təkliflə deputat Siyavuş Novruzov gələn ilin büdcə zərfinin parlamentin 5 komitəsinin bugünkü birgə iclasında müzakirəsi zamanı bildirib: "Neftdən yığılan pul Dövlət Neft Fonduna yığılmalıdır".

Reklam_3_11


"Neftin qiymətini büdcədə niyə artırırıq? İqtisadiyyat Nazirliyi və Kənd Təəsrrüfatı Nairliyindən də deyirlər ki, inkişaf var. Bu sahədə gəlirlər varsa, neftin qiymətini büdcədə niyə artrırıq? Əksinə, aşağı salmaqla o sahələri daha çox inkişaf etdirə bilərik. Bilmirik ki, siyasi münasibətlər necə olacaq və neftin qiyməti necə dəyişəcək. Neftin qiyməti siyasətlə bağlıdır", - millət vəkili əlavə edib.


"Bir də yenidən yığışıb neftin büdcədə qiymətini endirib-qaldırıb-endirmək əvəzinə indi büdcədə neftin qiymətini 25-30 dollar/barel müəyyən edə bilərik. Həmin vəsait Dövlət Neft Fonduna yığılar və lazım olanda sərf edərik. Əgər bu gün keçən il, bir il əvvəli götürsək, görərik ki, həmin vaxt yeni sahələr axtarmağa başladıq, kənd təsərrüfatının inkişafı ortaya çıxdı, hazırda da yüksək templə işlər gedirsə, neftdən pul yığılan kimi niyə onu büdcəyə yığmalıyıq?! Bunu da biri sağa, bir sola xərcləsin", - S.Novruzov qeyd edib.


Qeyd edək ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur.

 

© Report

07.11.2017 10:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ