Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

SOCAR-AQŞ Bulla yatağında quyu tikintisini uğurla başa çatdırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-AQŞ Bulla yatağında quyu tikintisini uğurla başa çatdırdı

"SOCAR-AQŞ" şirkəti "Bulla" yatağının 6 saylı dərin dəniz stasionar özülündən faktiki dərinliyi 5910 m olan 78 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

 

Bu barədə "Marja"ya Şirkətdən bildirilib.

 

Əməliyyatlar üzrə Baş direktorun müavini Eldar Yaradanquliyev 78 nömrəli quyuda qazmanın gedişatına dair öz fikirlərini bölüşərək qeyd edib ki, 3000 at gücünə malik olan Drillmec HP yeni nəsil qazma avadanlığından uğurla istifadə edilərək quyu tikintisi uğurla başa çatdırılıb və sifarişçiyə təhvil verib.

 

"78 nömrəli quyuda qazma işlərini aparmaqla müəssisəmiz bir sıra ilklərə imza atıb. Milli qazma sənayesində ilk dəfə olaraq, yeni texnika və texnologiyalardan istifadə etməklə dərin quyularda ağır çəkili qoruyucu kəməri birdəfəyə endirmək cəhdi uğurla həyata keçirilib.

 

Belə ki, ümumi çəkisi havada 530 ton olan 13 3/8” qoruyucu kəmərin 4938 m dərinliyə, çəkisi 380 ton olan 9 5/8” qoruyucu kəmərin isə 5400 m dərinliyə birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olmuşuq. Bununla da qoruyucu kəmərin dərin quyularda iki mərhələdə endirilməsi ənənəsinə son qoyulub.

 

Bununla yanaşı, quyu tikintisi zamanı layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci və 7-ci horizontlardan süxur nümunələri uğurla götürülmüşdür.

 

Qeyd etmək istəyirəm ki, 78 saylı quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və s.) bağlı əsas sifarişçimiz olan ’Azneft’’ İstehsalat Birliyi ilə öncədən müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmiş və sonda quyu tikintisinin keyfiyyətllə başa çatdırılmasına nail olunmuşdur.

 

Əminliklə deyə bilərəm ki, yüksəktəzyiqli Bulla yatağından 78 saylı kəşfiyyat quyusunun yüksək keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilməsi Azərbaycan qazmaçılarının növbəti uğurudur.

 

Peşəkar qazma briqadamızın əzmi sayəsində Bulla-6 saylı özüldə başladığımız ilk quyu tikintisini uğurla başa çatdırdıq.

 

Əminəm ki, bizim müəssisəyə qazılması həvalə olunan digər quyuları da mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəyik’’.

07.11.2017 11:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ