Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Keçən il 1,20 manata satılırdı, bu il isə 1 manatdan da ucuzdur”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Keçən il 1,20 manata satılırdı, bu il isə 1 manatdan da ucuzdur”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Astara rayonunda kivi yığımına başlanılıb. Bağlarda bol məhsul olsada fermerlər alıcı qıtlığından gileylənirlər. 


 
Kivinin əkini fermerlər üçün bir çox xüsusiyyətinə görə sərfəli bitki hesab olunur. Qiymətinin nisbətən əlverişli olması, meyvənin gec çürüməsi və daşınma zamanı az zərər görməsi bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır. Kivi bitkisinin digər bir özəlliyi isə onun şaxtaya davamlı olmasıdır. Bu il bol olan məhsulun Astarada bir neçə gündür yığımına başlanılıb. Fermerlər kivini əsasən yerli bazara çıxarır. 

Reklam_3_11


 
Təsərrüfat sahibi Ağadadaş Qənbərov: “2500 kq məhsul ola bilər bu bağda. Amma bazarda qiyməti bir az zəifdir. Keçən il 1 manat 20 qəpiyə satılırdı. Bu il isə 1 manatdan da aşağıdır.”


 
Təsərrüfat sahibləri deyir ki, havanın quraq keçməsi kivi bağlarına da təsirsiz ötüşməyib. 


 
Təsərrüfat sahibi Ağadadaş Qənbərov: “Quraqlıqda nə qədər su versək təbii su başqa şeydir. Meyvənin görünüşü yaxşı olur. 5-6 kivi 1 kq gəlir. İndi isə 10-12 kivi, 7-9 kivi 1 kq gəlir.”


 
Digər bir məsələ isə saxlama kameralarının olmamasıdır. Bunun da nəticəsində məhsul ya ağacda qalır, ya da ev şəraitində çürüyür. 


 
Təsərrüfat sahibi Şifayət Ələskərova: “Biz məcburi bunu müştəri gələn kimi satırıq. Bu qalanda bir az da çəkisi artır, həcmi böyüyür. İndi xırdadır. Haradasa bunu bu ayda yığmalıyıq. Bu ay da yığmasaq gələn aya qədər mütləq yığmalıyıq.”
 


Təsərrüfat sahibi Teyyub Qasımov: “Saxlama yeri olsa çətinlik çəkmərik. Aparıb təhvil verərik, nə vaxt da lazım olsa gedib götürərik.” 


 
Ümumilikdə Astara rayonunda 100 hektara yaxın məhsuldar kivi bağları var.

 

© ARB

08.11.2017 06:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ