Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bakıdan Sumqayıta metrobus xətti açıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Sumqayıta metrobus xətti açıla bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı-Sumqayıt şosesində tıxac probleminin həll olunması istiqamətində bir neçə qurumla, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC ilə sıx əməkdaşlıq edir.


 
Bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.

Reklam_3_11


 
Onun sözlərinə görə, əsas məqsəd sərnişin axınını ictimai nəqliyyata yönəltməkdir.

 

“Tam təsdiq olunmasa da, gələcək planlarımızdan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılışıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir”, - deyə baş direktor vurğulayıb.

 

Vüsal Kərimli deyib ki, Bakıda Heydər məscidinin ətrafındakı yol qovşağında, 3-cü mikrorayon dairəsi adlanan ərazidə və Tbilisi prospektində nəqliyyatın sıxlığı ilə bağlı hesablamalar aparılır.

 

© APA, Report

08.11.2017 11:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ