Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Vəzifəli şəxslərin cəzalandırılması ilə bağlı qanun təsdiqlənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vəzifəli şəxslərin cəzalandırılması ilə bağlı qanun təsdiqlənib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.


Qanun vəzifəli şəxslərin cəzalandırılmasını nəzərdə tutur.

Reklam_3_11


Məcəlləyə 528-1-ci (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsi) maddəsi əlavə edilib.


Maddənin 1-ci bəndində deyilir: “İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir”.


2-ci bənd isə belədir: “İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icra edildiyi yerdə işəgötürən tərəfindən şəxs üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməməsinə, yaxud işlədiyi saatların uçotunun aparılmamasına və ya düzgün aparılmamasına, şəxsin ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlinin tərtib edilməməsinə və ya bu cədvəlin icra məmuruna vaxtında göndərilməməsinə, habelə ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna dərhal məlumat verilməməsinə görə vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.


İcra məmuru tərəfindən ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

 

Qanun layihəsi dekabrın 1-də qüvvəyə minəcək.

 

©Report

08.11.2017 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ