Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da yeni vergi layihəsi güzəştləri 1 il təxirə salınır - DOLLAR UCUZLAŞIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da yeni vergi layihəsi güzəştləri 1 il təxirə salınır - DOLLAR UCUZLAŞIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


ABŞ Senatındakı Respublikaçılar hazırladıqları vergi islahatı layihəsinin detallarını açıqlayıb. Layihə, ABŞ Nümayəndələr Palatasında müzakirə edilən vergi güzəştləri qanun layihəsindən fərqlənir.



 

Respublikaçı senatorlar hazırladıqları yeni vergi layihəsinin mühüm maddələrini ictimaiyyətə açıqlayıblar.


 
"Marja" xəbər verir ki, "Vergi Güzəştləri və Məşğulluq Qanunu" adlı layihə, eyni adı daşımasına baxmayaraq Nümayəndələr Palatasında müzakirə edilən digər vergi qanunu təklifindən mühüm dərəcədə fərqlənir.


 
İki layihə arasında ən mühüm fərqlər, gəlir və korporativ vergi güzəştlərindədir.


 
Senatın (Respublikaçıların) layihəsi, institusional (korporativ) vergilərin 35%-dən 20%-ə 2019-dan etibarən endirilməsini nəzərdə tutur. Nümayəndələr Palatasında səsverməyə çıxarılması gözlənilən layihə isə sözügedən güzəştin 2018-də başlamasını nəzərdə tutur.


 

Respublikaçı senatorların layihəsi, fərdi gəlir vergisi faizlərinin fərqli gəlir qruplarına görə 10 faiz, 12 faiz, 22.5 faiz, 25 faiz, 32,5 faiz, 35 faiz və 38,5 faiz olmaqla 7 hissədən olmasını nəzərdə tutur.  Digər tərəfdən, ABŞ Nümayəndələr Palatasında müzakirə edilən qanun təklifi, fərdi gəlir vergisi nisbətlərinin, 12, 25, 35 və 39,6% olmaqla 4 hissəyə endirilməsini nəzərdə tutur.

 


Ölkədə, mövcud vəziyyətdə tətbiq edilən federal gəlir vergisi dərəcələri 10 faiz, 15 faiz, 25 faiz, 28 faiz, 33 faiz, 35 faiz və 39,6 faizdir.


 
Yerli vergilərin ləğvi


Senat və Nümayəndələr Palatasının vergi layihələri arasındakı digər bir əhəmiyyətli fərq yerli vergiləri maraqlandırır.


 
Senatın layihəsi, federal vergiyə əlavə olaraq ödənilən yerli vergilərin tamamilə ləğv edilməsini istəyir. Nümayəndələr Palatasında müzakirə edilən qanun təklifi isə ştatlar və yerli hakimiyyət orqanlarına ödənilən daşınmaz əmlak vergilərinin, federal gəlir vergisindən kəsilməsinə 10 min dollarlıq məhdudiyyət nəzərdə tutur.


 
Bundan başqa, Senatın layihəsi çərçivəsində miras vergisi, yalnız 11 milyon dolların üstündəki miraslara tətbiq olunmasını, ABŞ Nümayəndələr Palatasındakı Respublikaçıların təklifi isə miras vergisinin tamamilə qaldırılmasını nəzərdə tutur.


 
İki layihə mənzil krediti faizinə qarşı vergi güzəştləri barəsində də bir-birindən fərqlənir. Respublikaçı senatorlar, dəyəri 1 milyon dollara qədər olan ev alışlarına tətbiq edilən ipoteka vergisi dərəcəsinin azaldılmasını istəyirlər, Nümayəndələr Məclisindəki layihə isə dəyəri 500 min dollara qədər olan əmlakların vergidən azad edilməsini nəzərdə tutur.


 
 Qanunvericilik prosesi ləngiyə bilər


 
ABŞ Prezidenti Donald Trump və Respublikaçılar Partiyası üçün böyük əhəmiyyət daşıyan islahat təklifinin Konqresin iki tərəfində bir-birindən fərqli layihələr üzrə müzakirə edilməsinin, qanunun qəbul edilməsi prosesinin ləngiməsinə və çətinləşməsinə səbəb olacağı bildirilir.


 
Trump, Asiya səfəri ərəfəsində verdiyi açıqlamada, vergi islahatının bu il başa çatmadan qəbul olunmasını və qüvvəyə minməsini istədiyini bildirmişdir. 

 

Respiblikaçıların yeni vergi qanunu layihəsi açıqlanandan sonra, "güzəştlərin 1 il təxirə salınması" maddəsilə əlaqədar olaraq Dollar ucuzlaşıb. Avro/dollar məzənnəsi 1.1650 səviyyəsinə çıxıb.

 

Qızıl qiymətləri, ABŞ-da Senatın vergi planının şirkətlərdən tutulan vergiyə endirimin 2019-ci ilə təxirə salınacağını göstərməsindən sonra  yüksəlib. ABŞ şirkətlərinin səhmləri düşüb.


 
Qızılın unsiyası 1286.07 dollara qalxıb. Qiymətli metal bu həftə 1.3 faiz yüksəlib.

10.11.2017 04:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ