Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda biznes mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda biznes mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AFEN Plaza” biznes mərkəzində baş vermiş yanğın 300 kvadratmetr ərazini əhatə edib. Yanğın 50 dəqiqə ərzində söndürülüb.

 

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini, polkovnik Rza Xudiyev deyib.

 

R.Xudiyev bildirib ki, yanğınla bağlı məlumat 12:07 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinin “101 qaynar xətt”inə daxil olub. Məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsi göndərilib. Hadisə yerinə çatan ilk yanğınsöndürmə rəhbəri yanğının mürəkkəbliyini nəzərə alaraq əlavə texnika və qüvvənin cəlb olunmasını bildirib. Digər texnika və canlı qüvvələr 10 dəqiqə ərzində qonşu rayonlardan hadisə yerinə çatıb. Yanğın altımərtəbəli binanın sonuncu mərtəbəsində - mansard hissədə baş verib.

 

Yanğın zamanı binanın altıncı mərtəbəsində 40-a yaxın işçi olduğunu və onların dərhal təxliyə edildiyini vurğulayan R.Xudiyev deyib: “Yanğın nəticəsində ofisin asma tavanındakı izolyasiya materialları, mebellər, yüngül konstruksiyalı arakəsmələr yanıb. Qatı tüstü olduğundan yanğınsöndürənlər fərdi tənəffüs vasitələrindən istifadə ediblər. Şəxsi heyət tərəfindən 50 dəqiqə ərzində yanğının söndürülməsinə nail olunub”.

 

XXX

 

Bakıda biznes mərkəzində baş verən yanğın söndürülüb.


Təxminən bir saata yaxın davam edən yanğının qarşısını almaq mümkün olub. 

 

XXX

 

Bakıda biznes mərkəzində yanğın başlayıb. 


Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "AFEN Plaza" yanır. 


Yanğın biznes mərkəzinin yuxarı mərtəbəsində baş verib. 


Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. 


Biznes mərkəzdən insanlar təxliyyə edilib.  

 

©Report, Azərtac

10.11.2017 10:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ