Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bank kartı ölçüsündə smartfon

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank kartı ölçüsündə smartfon

“FutureModel” şirkəti Yaponiyada “Android” əməliyyat sistemli qeyri-adi “NichePhone-S” smartfonunu təqdim edib. Yeni qurğunun əsas fərqləndirici cəhəti onun adi bank kartı ölçüsündə olmasındadır. Qabaritləri 90 х 50 х 6,5 millimetr olan smartfonun çəkisi 38 qram təşkil edir. “NichePhone-S” ilk növbədə geniş imkanlara malik kompakt rabitə vasitəsi arzulayan istifadəçilər üçün nəzərdə tutulub.

 

Model 128х64 piksel təsvir ölçülü kiçik monoxrom ekranla təchiz edilib. O, zəng etmək, məlumatlar göndərmək, musiqi dinləmək və telefonun digər əsas funksiyalarını yerinə yetirmək imkanlarına malikdir. Kompakt ölçülərə görə şirkət hər şeyə qənaət etməli olub. Bu səbəbdən qurğuya yalnız simsiz qulaqcıqlar qoşmaq mümkündür, enerjinin doldurulması isə xüsusi dok-stansiya (birləşdirici qurğu) vasitəsilə həyata keçirilir.

 

“NichePhone-S” smartfonunda “MediaTek MT6572A” prosessoru və 550 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İstehsalçıların sözlərinə görə, qurğu danışıq rejimində 3 saat, gözləmə rejimində isə 72 saat işləyir. Bundan başqa, “Android 4.2” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon “Bluetooth”, “3G” və “4G LTE” şəbəkələrini dəstəkləyir.

 

Qiyməti 88 dollar təşkil edən “NichePhone-S” smartfonunun satışlarına noyabrın 10-dan etibarən Yaponiyada başlanılır.

 

© Azərtac

10.11.2017 14:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ