Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Asiya İnkişaf Bankının pulu ilə körpülər tikilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Asiya İnkişaf Bankının pulu ilə körpülər tikilib

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycanla Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən, 2016-ci il yanvarın 15-dən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı başlamış işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.


Bu barədə "Azəravtoyol" ASC-nin açıqlamasında bildirilir. 

Reklam_3_11


Məlumatda deyilir ki, vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədi ilə Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.


"Bundan öncəki körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə inşa edilmişdi. Kür çayı üzərində yerləşən körpü isə 120 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib.


Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb.


Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 2-ci km-də inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 m, yolun 17-ci km-də Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 m və 29.5 km-də Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 m-dir.
Ağstafa-Poylu-Düzqışlaq- Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 m-dir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir.


Layihəyə uyğun olaraq körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2.5 metr təşkil edir.
Layihə üzrə yanaşma yollarının xətlənməsi və müvafiq yol nişanı və göstəricilərinin quraşdırılması da daxil olmaqla bütün tikinti quraşdırma işləri texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb", - deyə məlumatda qeyd edilib. 

11.11.2017 07:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ