Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Təmir nəzərə alınmayacaq - Mənzilin bazar qiyməti üzrə yeni qayda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təmir nəzərə alınmayacaq - Mənzilin bazar qiyməti üzrə yeni qayda

Yaşayış sahəsinin 1  kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən yaşayış sahəsinin təmirli olması nəzərə alınmayacaq



Nazirlər Kabineti “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib.

Reklam_3_11


 
APA-nın məlumatına görə, bu qayda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin güzəştli ipoteka kreditləşməsinə yönəltdiyi vəsaitin əhali tərəfindən yaşayış sahələrinin alınmasına ayrılması zamanı yaşayış sahəsinin 1  kvadratmetri üçün güzəştli ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətini müəyyən edir.


 
Yaşayış sahəsinin 1  kvadratmetri üçün orta bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən rübdə bir dəfədən az olmayaraq bazar araşdırmaları aparılır. Araşdırmalar zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan qiymətlərin uçotu barədə məlumatları, Dövlət Statistika Komitəsinin mənzillərin və yaşayış evlərinin bazar qiymətləri barədə məlumatları, Azərbaycan Respublikasında daşınmaz əmlak bazarında fəaliyyət göstərən müstəqil qiymətləndiricilərin beynəlxalq standartlara uyğun məlumatları, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, İnternet şəbəkəsinin və digər mənbələrin elanları və reklam məlumatları mənbə kimi istifadə edilir.


 
İndiyə qədər yaşayış sahəsinin 1  kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən yaşayış sahəsinin təmirli olması, yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmış olması və yaşayış sahəsinin yerləşdiyi ərazi nəzərə alınıb. Dəyişikliyə əsasən bundan sonra yaşayış sahəsinin 1  kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən yaşayış sahəsinin təmirli olması amili nəzərə alınmayacaq.

 

© APA

11.11.2017 08:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ