Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Milyaderlər ədyallarla yatır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milyaderlər ədyallarla yatır

Səudiyyə Ərəbistanında korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilən milyarder şahzadə əl Valid bin Talal və nazir Mutain saxlanıldıqları oteldə çəkdikləri “selfi”ni paylaşıblar.


Carici KİV-lər xəbər verir ki, onlar krallığın paytaxtı Ər-Riyaddakı “Ritz Carlton” mehmanxanasında saxlanılırlar.


Fotoda ən çox diqqət çəkən şahzadə əl Valid bin Talaldır. Səudiyyə Ərəbistanının ilk kralı olmuş ibn Səud kimi tanınan Əbdüləziz bin-Əbdürrəhmanın nəvəsi şahzadə əl Valid bin-Talal bin Əbdüləziz əl Səud 17 milyard dollar sərvətə malikdir. O, dünyanın ən zəngin 100 adamından biridir. 


Şahzadə əl Valid bin Talal 1955-ci ildə anadan olub. Böyük şirkətlərə sərmayə qoyub. Bu gün isə şahzadə bin Talal müxtəlif cinayətlər törətməkdə ittiham olunaraq Səudiyyə Ərəbistanının ən məşhur otelində saxlanılır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi noyabrın 4-də 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslər qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunaraq həbs olunublar.


Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Yeni komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir.

 

© Report

11.11.2017 08:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ