Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bu il ağaclar az meyvə gətirib - BAHA OLACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il ağaclar az meyvə gətirib - BAHA OLACAQ

Bu il Cənub bölgəsində portağal az olacaq. Səbəb isə məhsul çiçəkləyən vaxtda havanın yağıntılı keçməsi və yay fəslində quraqlığın olmasıdır. 


 
Portağal yığımına az bir vaxt qalsa da təsərrüfatlarda bu il məhsul aşağıdır. Fermerlər bunun səbəbini bir neçə amillərlə izah edir. Məhsulun az olmasının ilkin səbəblərindən biri ağac çiçək açanda havanın yağıntılı olması və çiçəklərin çürüməsidir. Bundan başqa quraq keçən havalar meyvələrin bir qisminin vaxtından tez yerə tökülməsinə gətirib çıxarıb.

Reklam_3_11


 
Təsərrüfatçı Mahirə Qəmbərova: “Ümumilikdə bu il sitrus meyvələri içərisində ən zəifi portağaldır. Keçən il bir ağacdan 40-50 kq məhsul yığmışdıqsa bu il isə 3-5 kiloqram yığırıq.”


 
Təsərrüfatçı Qızbacı Cabbarova: “Keçən il bu vaxt artıq məhsul yığmışdıq. Bu il məhsul gömgöy qalıb ağacda.”


 
Müxtəlif vaxtlarda ağaclara edilən aqrotexniki qulluq da nəticəsiz qalıb. Təsərrüfat sahiblərini narazı salan digər məqam isə dərmanlarla bağlıdır. Xəstəliklərə qarşı istifadə olunan pereparatların keyfiyyətinin aşağı olması ağacların da zərər görməsinə səbəb olub.


 
Təsərrüfat sahibi Ağadadaş Qəmbərov: “Əvvəl bir dəfə dərman vururduq təmizlənirdi. Bu il 4 dəfə dərman vurmuşuq. Dərman keyfiyyətsizdir. Artıq edəndə onu yandırır, əksik edəndə xəstəlik o ağacdan təmizlənmir.”


 
Təsərrüfatçı Qızbacı Cabbarova: “Dərmanların heç bir effekti olmur. Ağaclar da qurd salırlar, quru olurlar - meyvə də gətirmir. Zəif olurlar.”


 
Təsərrüfat sahiblərinin qənaətinə görə bu il bazara çıxarılan məhsulun qiyməti baha olacaq.


 
Təsərrüfat sahibi Ağadadaş Qəmbərov: “Keçən il bir manata, bir manat əlli qəpik arasında portağal satıldı. Bu il çox aşağı səviyyədədir. Haradasa 100-200 kiloqram bir ədəd təsərrüfatdan portağal çıxırsa, o da 2 manat və ya 2 manatdan yuxarı olacaq təbii ki.”


 
Fermerlər məhsulun əsasən paytaxt və digər bölgələrdə yerləşən bazarlarda satıldığını bildirir. Təsərrüfatçılar həmçinin ölkəmizə Türkiyə və İrandan gətirilən məhsul nəticəsində yerli portağala olan təlabatın azalacağından ehtiyatlanır.

 

© ARB

13.11.2017 04:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ