Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

33 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
33 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək

"2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 4 milyon manat çoxdur".


 
Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Reklam_3_11


 
Gələn il də rayon və şəhərlərin yerli xərclərinin 424 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 3 mln. manat çoxdur: “2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla yerdə qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1% olacaq ki, bu da cari illə müqayisədə 0,2 faiz-bənd aşağıdır. Natural ifadədə isə maliyyə yardımının məbləği əvvəlki ilə nisbətən 1 milyon manat azalaraq 73 milyon manat olacaq”.

 

© APA

13.11.2017 09:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ