Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycana gələn xaricilərin sayı açıqlandı - Ərəblər, ruslar və iranlılar artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana gələn xaricilərin sayı açıqlandı - Ərəblər, ruslar və iranlılar artıb

Bu ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 276 min 604 nəfər olub.


 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 727 min 577 nəfəri Rusiya Federasiyası, 439 min 305 nəfəri Gürcüstan, 320  min 904 nəfəri İran, 249 min 210 nəfəri Türkiyə, 81 min 742 nəfəri Birləşmiş Ərəb Əmirlikləri,  54 min 242 nəfəri İraq, 49 min 809 nəfəri Ukrayna, 31 min 821 nəfəri Səudiyyə Ərəbistanı, 321min 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
 


Şöbədən əlavə ediblər ki, xarici vətəndaşlar daha çox iyul ayında gəlib və onların sayı 313 515 nəfər təşkil edib.


 
Dövr ərzində Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub: müvafiq olaraq 31,9 faiz, 19,2 faiz, 14  faiz və 10,9 faiz.


 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Bu il İrandan 115 min 782, BƏƏ-dən 42 min , Rusiyadan 96  min 40 nəfər daha çox şəxs gəlib.


 
2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 milyon  894 min 707 nəfər təşkil edib. Ötən  ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycana 381 min 807 (20.1%) nəfər çox xarici vətəndaş gəlib.

13.11.2017 14:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ