Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yanacaqdoldurma məntəqələrində “Aİ-98” super markalı benzinin satışı dayandırılıb.

 

Reklam_3_11

Bu markalı benzini ölkəyə gətirən və satan “SOCAR Petrolium” şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirir ki, yanacağın satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə qiymətlərin bahalaşmasıdır. 

 

Şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə Aİ-98 super markalı benzinin gətirilməsi hələ ki, dayandırılıb.

 

Şirkət rəsmisinin sözlərinə əsasən,  yanacağın ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər “Aİ 95” kimi tanınan “Premium” markalı benzindən istifadə edə bilərlər. 

 

Onun sözlərinə görə, “Aİ-98 super” markalı benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində artım olmayacaq.

 

Qeyd edək ki, “Aİ-98 super” markalı benzin Azərbaycanda istehsal olunmur. Bu markalı benzin ölkəmizə Bolqarıstan, Belarus və Rumıniyadan idxal edilir.

© Xəzər TV

13.11.2017 19:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ