Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda "qida polisi": Məhsulların reyestrini aparacaq, yoxlamadan keçirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda "qida polisi": Məhsulların reyestrini aparacaq, yoxlamadan keçirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarının, habelə onların qablaşdırma materialları dövlət qeydiyyatına alınacaq və reyestri aparırlacaqdır.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, dövlət qeydiyyatı və reyestr qida təhlükəsizliyi baxımından yeni yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılacaqdır. 

 

Qısası adı reyestrdə olmayan qida məhsulları təhlükəli hesab ediləcək və istehsalçısına qarşı tədbirlər görüləcəkdir. 

 

Agentlik qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini də həyata keçirəcəkdir. Yəni vətəndaş saxta və keyfiyətsiz ərzaqlara görə bu quruma müraciət edəcək və öz haqlarını tələb edəcəkdir.

 

Həmçinin Agentlik xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verəcəkdir.

 

Agentliyə gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək səlahiyyəti də verilib. 

 

Agentliyin qanunla müəyyən edilmiş hallarda və qaydada məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində yoxlamalar aparmaq, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək), qanun pozuntularının aradan qaldırılması ilə bağlı verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət etmək vəzifəsi də var.

 

Həmçinin Agentliyə aşağıdakı səlahiyyətlər verilib:

 

-qanunla müəyyən edilmiş hallarda və qaydada istifadəyə yararsız qida məhsullarının götürülməsi, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi barədə qərar qəbul etmək;

 

- səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tədbirləri tətbiq etmək;

 

- qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi sahəsində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarət etmək;

 

- qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan, çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılmasını tələb etmək;

 

- aidiyyəti dövlət orqanları ilə birlikdə rasional fizioloji normaların hazırlanmasında iştirak etmək;

 

- qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan,  yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul etmək, tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək;

 

- qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görmək;

 

- qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçıların tam və səhih informasiya ilə təmin edilməsi məqsədi ilə tədbirlər görmək;

 

- qida məhsulları istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlamaq və həyata keçirmək;

 

- qida məhsullarının saxlanması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması qaydalarının pozulmasına qarşı tədbirlər görmək;

 

- təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görmək;

 

-qida məhsullarının təhlükəsizliyi baxımından əhali arasında baş vermiş qida zəhərlənmələri hallarını təhlil etmək, habelə onların yayılmasının qarşısının alınmasına və aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək;

 

- ixrac edilən qida məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların keçirilməsini təşkil etmək, belə ekspertizaların nəticələrinə uyğun olaraq, müəssisələrə təsdiqedici kod nömrələri və ixracatçılara qida təhlükəsizliyi sertifikatları vermək, həmin məhsulların istehsal və emal müəssisələrinin reyestrini aparmaq, qida məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərinin icrasını həyata keçirmək;

 

- fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və vahid informasiya bankı yaratmaq;

 

- aidiyyəti dövlət orqanları ilə birlikdə qida məhsullarının sınağı üçün laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər vermək;

 

- qida məhsullarının keyfiyyətinə dair standartların və texniki şərtlərin layihələrinə qanunla müəyyən olunmuş qaydada rəy verilməsi üçün “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı tədbirlər görmək, habelə belə layihələrə rəy vermək;

 

- aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahədə sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin və sahibkarlığa dövlət dəstəyi sahəsində dövlət tənzimləməsinin həyata keçirilməsi üçün tədbirlər görmək;

 

- qida məhsulları istehlakçılarının, habelə qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq təcrübənin tətbiqini təmin etmək, sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq;

 

- genetik modifikasiya olunmuş bitkilərin genetik materialları olan qida məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, habelə aidiyyəti dövlət orqanları ilə birlikdə belə qida məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlər görmək;

 

- ölkə daxilində genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış qida məhsullarının aşkarlanması və bu məhsullardan yarana biləcək təhlükənin təyin edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;

 

- ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını yoxlamaq;

 

- qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi təminatının gücləndirilməsi məqsədi ilə qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görmək;

 

- sağlam və rasional qidalanmanı təşviq etmək;

 

- tabeliyindəki qurum vasitəsilə qida məhsullarına dair beynəlxalq standartların könüllü tətbiqi üzrə məsləhət və təlim, qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətləri göstərmək, habelə milli istinad laboratoriyası funksiyalarını həyata keçirmək;

 

- fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq;

 

- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, habelə sahibkarlar tərəfindən qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqini təşviq etmək;

 

- fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

 

-digər qurumların öz vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri məqsədli büdcə vəsaitinin və digər vəsaitlərin xərclər smetalarını təsdiq etmək və onlardan təyinatı üzrə istifadəyə nəzarəti təmin etmək;

 

- dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

 

- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

 

- fəaliyyət istiqamətləri üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

 

- Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;

 

- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Əlavə edək ki, Agentliyin Aparatının və onun strukturuna daxil olan regional bölmələrin işçilərinə ixtisas dərəcələri veriləcəkdir.

 

14.11.2017 04:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ