Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Od tutub yanan” dükanlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Od tutub yanan” dükanlar

Azərbaycanda bir çox tanınmış geyim mağazaları mövcuddur.  Xüsusilə brend geyimlərin satışı ilə məşğul olan həmin mağazalarda qiymətlər “od tutub yanır”.

 

Reklam_3_11

Düzdür, hər geyimin öz alıcısı var. Amma maraqlıdır ki, eyni brend məhsullar ayrı-ayrı yerlərdə fərqli qiymətlərədir.  Hətta müştərinin üzünə baxaraq  geyimə qiymət qoyan mağazalar da var. Yəni hər kəs öz bildiyini oxuyur. 

 

Brend  geyimlərin baha olmasının səbəbi nədir?

 

"Marina Rinaldi" qadın geyimləri mağazasındaqiymətlər 300-5000 manat arasında dəyişir.Mağazanın meneceri Xəyalə Axundova bahalığın səbəblərindən danışıb:

 

“Bizdə üst geyimləri, ziyafət paltarları kimi geyimlər var. Geyimlərin baha olmasının səbəbi malların  keyfiyyətli olması ilə bağlıdır. Mağazamıza bütün məhsullar İtaliyadan gətirilir. Həmçinin  geyimlər təbii parçalardandır. Məsələn, əl işləri olan geyimlər daha bahadır”.

 

“Emiland” şirkətindən bildiriblər ki, qiymətlərin baha olmasının səbəbləri var.

 

 “Azərbaycanda “Emiland” geyimlərinin xüsusi özəlliyi mövcuddur. Biz geyimlərdə istifadə etdiyimiz materialları xaricdən alırıq. Bizim təchizatçıların əsasən Fransa, İtaliya və digər Avropa ölkələrində tanınmış toxuculuq fabrikləri var”-deyə şirkətdən bildirilib.

 

Qeyd olunub ki, materialları xaricdən aldıqlarına görə geyimlər baha qiymətə alıcılara təqdim olunur.

 

İqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib ki,  brend geyimlərin baha olmasını konkret səbəblə izah etmək mümkün deyil:

 

“İlk növbədə  brend geyimlərin Azərbaycandakı satış nöqtələri şirkətlərin birbaşa nümayəndələri deyil. Brendlər azərbaycanlı partnyorları ilə bağlanmış müqavilələr əsasında həmin geyimlərin Azərbaycana göndərilməsini təşkil edirlər. Nəticə olaraq buradakı satışa, vergi və gömrük fəaliyyətinə cavabdeh deyillər.

 

Əksər ölkələrdə isə geyim mağazaları şəbəkə halında fəaliyyət göstərir. Hər hansı məşhur brendin bir malını İstanbulda alsanız, çekini saxlayıb sonradan dəyişmək istəsəniz, Avropanın istənilən ölkəsində həmin  brend mağazasına girib dəyişə bilərsiniz. Amma Azərbaycanda alınan məhsulu heç bir ölkədə dəyişə bilməzsiniz. Çünki  bizdə brend mağazalar şəbəkə şəklində fəaliyyət göstərmir.

 

Yalnız brendin adı satılır və məhsul göndərilməsi ilə bağlı öhdəlik olmur. Ona görə də qlobal brendlərin qiymət siyasəti ilə Azərbaycandakı qiymət siyasəti arasında ciddi fərq yaranır. Burada müqavilələr bağlayıb ölkəyə mal gətirən  yerli təmsilçilər özləri qiymət təyin edirlər.  Digər ölkələrdə isə şirkətin özü qiymət təyin edir və buna uyğun da endirim aksiyaları keçirir. Azərbaycanda ən böyük prolemlərdən biri şirkətlərin birbaşa bazarda iştirak etməməsidir”.

 

İqtisadçı qeyd edib ki, brend geyim bazarında rəqabət mühiti də tam formalaşmayıb:

 

“İkinci problem Azərbaycanla digər ölkələrin gömrük rüsumları arasında fərqlərin olmasıdır. Əvvəllər geyimlə bağlı çəkiyə görə gömrükdən keçmə üsulu mövcud idi. Yəni müəyyən çəkiyə görə tarif müəyyənləşdirilmişdi. Məsələn, 100 kilo paltarın gömrük rüsumunu ödəyib ölkəyə gətirmək mümkün idi. İndi isə hər bir ədədin gömrük rüsumu müəyyənləşdirilir. Bu da qiymətin üzərinə əlavə edilir və qiymətin bahalaşmasına səbəb olur.

 

Üçüncü problem isə rəqabət mühitinin təəssüf ki, hələ geniş yayılmaması ilə bağlıdır. Əhalisi və ərazisi Bakıdan kiçik olan Tbilisidə şirkətlərin və brendlərin sayı bizdən  xeyli dərəcədə yüksəkdir. Bu da öz növbəsində rəqabətli mühit yaradır.

 

İnsanın geyimləri  5-6 brend  mağazasından seçməsi ilə, 50-100 mağazadan seçməsi eyni deyil. Brend mağazalar çox olduğu halda rəqabətli mühit yaranır və bu da  birbaşa qiymətlərə təsir edir”.

 

© Modern.az

14.11.2017 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ