Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ-ın böyük bankı "qanunsuz fəaliyyətlərə görə" cərimə ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın böyük bankı "qanunsuz fəaliyyətlərə görə" cərimə ödəyəcək

ABŞ-ın ən böyük banklarından Uels Fargo (Wells Fargo), ABŞ Kapital Bazarı Palatasına (SEC) qanunsuz fəaliyyətləri səbəbilə 3,5 milyon dollar cərimə ödəməyi qəbul edib.


 
"Mara" Uels Fargodan verilən məlumata istinadən xəbər verir ki, Bank SEC ilə razılaşma çərçivəsində 3,5 milyon dollar cərimə ödəyəcək.

Reklam_3_11


 
Böyük əksəriyyəti Mart 2012 ilə İyunun 2013 arasında baş verən şübhəli əməliyyatları vaxtında hesabat şəklində təqdim etmədiyi üçün araşdırılan bank, daha əvvəl də müxtəlif səbəblərlə yüksək miqdarda pul cərimələri ödəmək məcburiyyətində qalmışdı.


 
Keçən ilin sentyabr ayında 2 milyondan çox əmanət və kredit kartı hesabını müştərilərindən icazəsiz və gizli açdığı səbəbilə 185 milyon dollar məbləğində cəriməyə məhkum edilən Uels Fargo, Fevral 2016-da isə maliyyə böhran öncəsi verdiyi mənzil kreditlərində etdiyi sui-istifadələrə görə də 1,2 milyard dollar razılaşma məbləği ödəmişdi.

15.11.2017 08:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ