Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda qiymətlərin düşməsinə mane olan amil açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda qiymətlərin düşməsinə mane olan amil açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Son ayda bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyanın azalmasının davam etməsinə mane olmuşdur".
 

"Marja" xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin bu gün keçirilmiş iclasından sonra verilən bəyantda deyilir.


"Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin 10 ayında orta illik inflyasiya 13.7% təşkil etmişdir.
 
Dövr ərzində qiymətlərin dinamikası inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri, ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri ilə dəyişmişdir.


 
İnflyasiyanın xarici amilləri dəyişkən olaraq qalır. Son ayda bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyanın azalmasının davam etməsinə mane olmuşdur.


 
Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə olunmuşdur.


 
Ümumilikdə, illik inflyasiya səviyyəsi sabitləşsə də inflyasiya üzərində orta və uzunmüddətli risklər qalır",- Bankın bəyanatında deyilir

15.11.2017 09:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ