Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın ixrac missiyası Sankt-Peterburqdadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ixrac missiyası Sankt-Peterburqdadır

Azərbaycanın növbəti ixrac missiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindədir.

 

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsi daxildir.

 

Missiya çərçivəsində Azərbaycan iş adamları AZPROMO və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilən “Peterfood” qida sərgisi çərçivəsində təşkil olunan XVII Peterburq Ərzaq Forumunda iştirak ediblər.

 

Forumda 2017-ci və 2018-ci illər üçün pərakəndə ticarətin başlıca istiqamətləri, bu sahədə proqnozlar və tendensiyalar, istehlakçıları cəlb etmək üçün yeni strategiyalara dair müzakirələr aparılıb və iş adamları üçün master-klass keçirilib.

 

Tədbir çərçivəsində missiya iştirakçıları üçün Rusiyanın Şimal Qərb regionunun iri marketlər şəbəkələri ilə ikitərəfli görüşlər də təşkil olunub. “X5 Retail Group”, “Aşan”, “Maqnit”, “Diksi” və “Metro” kimi iri marketlər şəbəkələrinin və yerli distributor şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşlərdə Azərbaycan şirkətləri öz məhsullarını da təqdim ediblər.

 

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “Peterfood” sərgisinin rəsmi açılışında çıxış edən AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev tədbir iştirakçılarına “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı Fərmanın icrası istiqamətində görülən işlər və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib. 

 

İxrac missiyası noyabrın 16-na qədər davam edəcəkdir.

16.11.2017 07:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ